
Donnarumma: “Qvardiola İtaliya millisinə gələrsə…”
İtaliya millisinin qapıçısı Canluici Donnarumma, “Mançester Siti”dən ayrılan Pep Qvardiolanın yığmaya baş məşqçi təyin olunma ehtimalından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin futbolçusu, Qvardiola ilə bu haqda danışmadığını deyib:
“Qvardiola ilə birlikdə yaxşı işlədik. Amma onunla milli komanda haqqında danışmadıq. Düşünürəm ki, millinin baş məşqçi məsələsinə federasiyaya prezident seçkilərindən sonra aydınlıq gələcək. Ancaq Qvardiola gələrsə, şübhəsiz ki, İtaliya millisi ilə məqsədinə çatmaq üçün əlindən gələni edəcək”.
55 yaşlı mütəxəssis daha əvvəl heç vaxt milli komandada məşqçilik etməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



