“Dinamo”dan Mahir Emreliyə təbrik

Bu gün futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emrelinin doğum günüdür.

Komanda.az xəbər verir ki, futbolçunun 25 yaşlı tamam olur. Bu münasibətlə Mahiri klubu “Dinamo” da təbrik edib.

Zaqreb təmsilçisi sosial media hesablarında Emrelinin fotosunu paylaşaraq ona uğurlar və can sağlığı arzulayıb. Mahir isə paylaşımın şərh bölməsinə “Hvala” (Təşəkkürlər) rəyini yazıb.