“Dinamo” Emrelini qorxudub: Ya borcunu ödə, ya da…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin keçmiş klubu “Legiya”ya (Polşa) borcunu bir neçə gün içində ödəməsinin səbəbi bilinib.

Komanda.az xəbər verir ki, Zaqreb klubu Mahiri müqaviləni pozmaqla qorxudub. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Polşa klubuna borcunu ödəmədiyi üçün FİFA tərəfindən futboldan uzaqlaşdırılan 25 yaşlı hücumçuya “Dinamo” rəhbərliyi ultimatum verib: “Borcunu tez vaxtda ödəməsən, müqaviləni ləğv edəcəyik”.

Məhz bu xəbərdarlıqdan sonra Mahir “Legiya”ya olan 105 min avroluq borcunu ödəyib, FİFA-nın da sanksiyası aradan qalxıb.

Mahir Emreli bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində “Zalsburq”la ev oyununda iştirak ərizəsində yer alacaq. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button