“Digər oyunlara hazırlaşmaq bu oyundan daha çətin olacaq” – Qurbanov

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi”nin qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 5:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Futbolçularımı təbrik edirəm. Yaxşı oyun göstərdilər və vacib üç xal qazandıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.

Futbolçuların hazırlığına görə bəzi rotasiyalar etdik. Son günlərdə sıx qrafikdə çıxış edirdik. Hazırlaşmağa çox vaxtımız olmadı. “Neftçi”yə qarşı oyunlarda futbolçulara çox da motivasiya verməyə ehtiyac yoxdu. Digər oyunlara hazırlaşmaq bu oyundan düşünürəm ki, daha çətin olacaq”.

“Qarabağ” aprelin 30-da Premyer Liqanın 21-ci turundan təxirə salınan oyunda “Neftçi”nin qonağı olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button