Di Maria İtaliya yolunda

PSJ-nin futbolçusu Anxel Di Maria “Yuventus”a keçə bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu İtaliya klubu ilə müqavilə imzalamağa yaxındır. Onunla bir neçə həftədir ki, danışıqlar gedir.

Daha əvvəl 34 yaşlı futbolçunun PSJ ilə müqaviləni uzada biləcəyi deyilirdi.

Di Marianın Paris klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.

O, bu mövsüm Liqa 1-də 24 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.