
“Komandamız Mbappedən daha çox qol gözləyir”
Fransa millisinin hücumçusu Osman Dembele komanda yoldaşı Kilian Mbappe haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mbappe fantastik futbolçudur, o, bizim kapitanımızdır. Heç vaxt özünə şübhə etmir. Komandamız ondan daha çox qol gözləyir”.
2026-cı il dünya çempionatının 1/4 finalında Fransa millisi ilə Mərakeş yığması arasında oyunda (2:0) Dembele 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Mbappe isə 8 qol vurub və Lionel Messi ilə birlikdə turnirin bombardirlər siyahısına başçılıq edir. Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



