Deku: “Klopp ən yaxşı məşqçidir, amma…”

“Barselona”nın idman direktoru Deku “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Kataloniya klubuna keçmə ehtimalından danışıb.

Komanda.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, o, bu ehtimalla bağlı danışmaq üçün indi düzgün vaxt olmadığını deyib:

“Klopp ən yaxşı məşqçidir, amma onun mümkün təyinatı barədə danışmaq üçün indi düzgün vaxt olduğunu düşünmürəm. Baş məşqçi postuna çoxlu namizədlərimiz var, lakin hər şey sonra müzakirə olunacaq”.

Xatırladaq ki, Xavi və Klopp 2023/2024 mövsümü başa çatdıqdan sonra “Barselona” və “Liverpul”u tərk edəcəklərini açıqlayıblar.

“Barselona” hazırda 50 xalla İspaniya La Liqasının turnir cədvəlində 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button