
Defo 5-ci divizion komandasının baş məşqçisi təyin olundu
İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo “Uokinq” komandasının baş məşqçisi təyin olunub.
Komanda.az xəbər verir ki, bu barədə 5-ci divizion təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Keçmiş hücumçu daha əvvəl “Tottenhem” akademiyasında məşqçi kimi çalışıb.
Defo futbolçu karyerası ərzində “Tottenhem”, “Vest Hem” və “Bornmut” kimi klubların formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



