De Zerbi “Everton”la oyun haqda: “Bu, dəlilikdir”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi “Everton”la matçın (1:0) nəticəsindən məmnun qalıb. Komanda növbəti mövsüm üçün Premyer Liqadakı yerini təmin edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, oyunçularının çıxışını yüksək qiymətləndirib:

“Bu, dəlilikdir. Biz həqiqətən yaxşı iş gördük. Mən şanslıyam, çünki güclü şəxsiyyətlərə malik çoxlu sayda əla oyunçum var. Onlar sadəcə mübarizə aparmadılar, futbol oynadılar. Bu, yəqin ki, burada olduğum bütün müddət ərzində onların ən yaxşı performansı idi. Onlar belə oynayırlarsa, oyunçularımın nə qədər güclü olduğunu təsəvvür edə bilərsiz”.

“Tottenhem” Premyer Liqada mövsümü 41 xalla 17-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button