De Rossinin Argentinada oynayacağı dəqiqləşdi

İtaliyanın “Roma” klubunun əfsanəvi kapitanı Daniele De Rossinin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını Argentinada davam etdirəcək.

Veteran oyunçu “Boka Xuniors”da çıxış edəcək. Ulduz futbolçu artıq Argentinaya yollanıb.

İtaliyalı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq. Onun bu müddət ərzində qazancı 500 min avro olacaq.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən “Roma”da çıxış edirdi. O, yetirməsi olduğu paytaxt klubunda 616 oyuna çıxıb, 63 qol vurub, 54 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button