DÇ-də rekord izləyici – FİFA açıqladı

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb.

Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, sözügedən mundialı 1.12 milyard şəxs televiziya vasitəsilə canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekord göstəricidi.

ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan baxıb. Bu, dünya çempionatları tarixində ən çox izlənilən matç olub.

Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi – 764 milyon izləyici.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button