DÇ-2026: Türkiyə millisində ciddi dəyişikliklər olacaq

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella dünya çempionatının ikinci turunda Paraqvay yığmasına qarşı keçiriləcək oyun öncəsi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.

Komanda.az “Turkish Football”-a istinadən xəbər verir ki, Avstraliya millisinə 0:2 hesablı məğlubiyyətdən sonra italiyalı mütəxəssis xüsusilə, hücum xəttini yeniləməyi planlaşdırır.

Kənan Yıldız ilk turda sonradan meydana daxil olaraq uğurlu çıxış etdiyindən, əsas heyətdə Kərəm Aktürkoğlunu əvəz edə bilər. Həmçinin, Barış Alper Yılmazın hücumun mərkəzində və ya sağ cinahında oynayacağı gözlənilir.

Yarımmüdafiədə də dəyişikliklər mümkündür. Məşqçilər heyəti Can Uzun və Deniz Gül variantlarını nəzərdən keçirir. Müdafiənin sağ cinahında isə Mert Müldürün Zeki Çeliki əvəzləməsi ehtimal olunur.

İlk turdan sonra D qrupunda son pillədə qərarlaşan Türkiyə millisi üçün iyunun 20-də Paraqvay yığmasına qarşı keçiriləcək görüş pley-off mərhələsinə vəsiqə uğrunda həlledici əhəmiyyət daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button