
DÇ-2026: İsveçrə millisinin baş məşqçisi hakimləri müdafiə etdi
İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-da hakimlərin Argentina yığmasına kömək etməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçrəli mütəxəssis hakimliyin DÇ-2026-da ədalətli olduğunu və məğlub komandaların oyunsonrası açıqlamalarının daha çox emosiyalara söykəndiyini deyib:
“Hazırda texnologiyalar və VAR vasitəsilə hər şeyi nəzarətdə saxlamaq mümkündür. Mən burada pis və ya mənfi nəsə baş verdiyini düşünmürəm. Oyundan sonra verilən emosional açıqlamalarla kiminləsə haqq-hesab çəkmək düzgün deyil”.
Argentina və İsveçrə dünya çempionatının son yarımfinal vəsiqəsi uğrunda üz-üzə gələcək. Bundan əvvəl Fransa və İspaniya yarımfinala yüksəlib. Digər yarımfinalçı isə İngiltərə – Norveç qarşılaşmasının qalibi olacaq.
Bizi Facebook-da izləyin



