“Ümid edirəm ki, Qətərdə ola bilərəm” – Ramos

PSJ-nin müdafiəçisi Serxio Ramos 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında İspaniya yığmasında oynamaq arzusundan danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, özünü yaxşı hiss etdiyini deyib:

“Hər kəs bu rəngləri qorumağın nə qədər vacib olduğunu bilir. Özümü yenidən yaxşı hiss edirəm və hazır olacam. Amma bu, təbii ki, məndən deyil, çox hörmət etdiyim baş məşqçi Luis Enrikedən asılıdır. Arzum milliyə qayıdıb bu dünya çempionatında oynamaqdır. Ümid edirəm ki, Qətərdə ola bilərəm”.

Daha əvvəl bildirilmişdi ki, DÇ-2022 üçün İspaniya millisinin genişləndirilmiş siyahısına Ramos da daxil olmaqla, 55 futbolçu daxil edilib.

İspaniya millisi DÇ-2022-də Almaniya, Yaponiya və Kosta-Rika ilə E qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button