DÇ-2022: İranlı azarkeşin göz yaşları – FOTO

İranlı azarkeşlər DÇ-2022-nin qrup mərhələsində Uelslə oyundan əvvəl dövlət himninə emosional reaksiya veriblər.

Komanda.az xəbər verir ki, stadionda olan bir çox iranlı himn səsləndirilərkən ağlayıb.

Uelslə matç daha əvvəl İngiltərəyə 2:6 hesabı ilə uduzmuş İran millisinin mundialdakı ikinci oyunudur.

İran millisinin futbolçuları İngiltərəyə qarşı keçirdikləri oyundan öncə dövlət himnini oxumamışdılar. Yığma üzvləri Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atmışdılar. İranlı azarkeşlər də futbolçularla həmrəylik nümayiş etdirərək, himni fitə basmışdılar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button