DÇ-2022: Fransa millisində daha bir ciddi itki

Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri C qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Avropa təmsilçisinin heyətində Lukas Hernandes zədələnib.

10-cu dəqiqədə sıradan çıxan 26 yaşlı müdafiəçi görüşü davam etdirə bilməyib. Bu üzdən də 13-cü dəqiqədə onun əvəzində qardaşı Teo Hernandes meydana buraxılıb.

Xatırladaq ki, Fransa yığması DÇ-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button