Braziliya millisi tarixi rekordu təkrarladı

Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçılar” bunu DÇ-2022-nin Cənubi Koreya yığmasına qarşı keçirdikləri pley-off görüşündə (4:1) bacarıb.

Onlar sonuncu dəfə DÇ-1954-də Meksika ilə qarşılaşmada (5:0) bunu edə bilib. Titenin çalışdırdığı komanda DÇ-1950-dən sonra ilk dəfə matçın 36-cı dəqiqəsinədək 4 dəfə rəqibi məyus edə bilib.

1/4 finalda Braziliya millisi ilə Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button