“Daxildə nə olduğunu bilmirsizsə, danışmayın” – Poqba

“Mançester Yunayted”dəki gələcəyi müzakirə edilən Pol Poqba açıqlama verib.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından paylaşım edən 27 yaşlı yarımmüdafiəçi, bunları yazıb:

“Hər zaman “Mançester Yunayted”, komanda yoldaşlarım və azarkeşlər üçün mübarizə aparmışam və aparacam. Kənardan deyilənlər vacib deyil. Gələcək uzaqdır, vacib olan bu gündür və mən min faiz burdayam. Klubla aramdakı münasibət hər zaman açıq oldu və bu, əsla dəyişməyəcək. Daxildə nə olduğunu bilmirsizsə, danışmayın”.

Mövsümün sonunda komandadan ayrılmaq istədiyi deyilən Poqbanın klubla müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button