David Alaba ən yaxşı seçildi

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Avstriya – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Avstriya yığmasının kapitanı David Alaba bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu bu matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.