Daha iki futbolçu koronavirusa yoluxdu – “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubunun daha iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Həmin oyunçuların adlarını açıqlamayıb. Test nəticəsi müsbət olan şəxslər karantinə alınıb.

“Sarı-qırmızılar”ın heyətində əvvəlki günlərdə də bir neçə futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasının növbəti turunda “Fatih Karagümrük”ün qonağı olacaq. Görüş dekabrın 18-də keçiriləcək.