“Pley-offda uğur qazana bilməsək…” – Naqelsmann

“Bayern”in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “İnter” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi keçən mövsümlə müqayisədə daha irəli getməli olduqlarını deyib:

“Bu, çox yaxşı və yetkin bir performans idi. Bu günə kimi az oynayan futbolçular özlərini çox layiqli göstərdilər. Çox yaxşı qrup mərhələsi keçirdik, amma pley-offda uğur qazana bilməsək, bunun heç bir mənası olmayacaq. Keçən mövsümdən daha da irəli getməliyik. Komandadakı hazırkı əhval-ruhiyyə ilə mən buna əminəm”.

Münhenlilər turnirin bu mərhələsində keçirdiyi 6 görüşdə 6 qələbə qazanıb. “Bayern” tarixində üç dəfə bu nəticəyə nail olan yeganə klubdur: 2019/20, 2021/22 və 2022/23 mövsümlərində.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button