Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Yılmazın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Gənclərbirliyi” hazırda 64 xalla 18 kollektiv arasında vahid liderdi.