Dəniz Yılmaz oynamadı, komandası yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Osmanlıspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Gənclərbirliyi” növbəti məğlubiyyətin ardından hazırda 41 xalla 18 kollektiv arasında 3-cüdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button