ÇL: “Tarix yazmaq üçün bir oyunumuz qalıb” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının “İnter”lə matçından öncə fikirlərini bölüşüb.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, o, Mançester təmsilçisinə gəlməyinin əsas səbəblərindən birini açıqlayıb:

“Azarkeşlər üçün finalda qalib gəlmək istəyirik. Tarix yazmaq üçün bir oyunumuz qalıb. Mən də həmin tarixin bir hissəsi olmaq istəyirəm!

Bunu hər kəs bilir: mən olmadan “Mançeste Siti” Çempionlar Liqasından başqa, bütün kubokları qazanıb. Bu kluba gəlməyimin əsas səbəblərindən biri həmin turnirdə çempion olmaqdır”.

Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması 10 iyun, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button