ÇL: Spaletti o klubla qarşılaşmayacaqları üçün sevinir

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsi haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi PSJ ilə qarşılaşmayacaqları üçün sevindiyini deyib:

“Bu mərhələdə asan rəqib yoxdur. Baxmayaraq ki, PSJ ilə qarşılaşmayacağımız üçün şadam.

“Ayntraxt” qitənin ikinci ən böyük turniri olan Avropa Liqasının qalibidir və hazırda yüksəlişdədir. Təbii ki, onlara qarşı oynamaq asan olmayacaq”.

“Napoli” bu mərhələdə Almaniya “Ayntraxt”ı (Frankfurt) ilə qarşılaşacaq. İlk oyun gələn il fevralın 21-də Almaniyada, cavab qarşılaşması martın 15-də İtaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button