“Real”ın “Bayern”lə oyun üçün iştirak ərizəsi açıqlandı

“Real” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün “Bayern”lə keçiriləcək ilk oyun üçün iştirak ərizəsini açıqlayıb.

Komandanın baş məşqçisi Alvaro Arbeloa qarşılaşmada güvənəcəyi futbolçuların siyahısını müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın saat 23:00-da start götürəcək qarşılaşma üçün heyəti belədir:

Qapıçılar: Andrey Lunin, Fran Qonsales, Xavi Navarro;

Müdafiəçilər: Dani Karvahal, Eder Militao, David Alaba, Trent Aleksander-Arnold, Raul Asensio, Alvaro Karreras, Fran Qarsiya, Antonio Rüdiger, Din Heysen;

Yarımmüdafiəçilər: Çud Bellingem, Eduardo Kamavinqa, Federiko Valverde, Orelyen Tçuameni, Arda Gülər, Dani Sebalyos, Tiaqo Pitarç;

Hücumçular: Vinisius Junior, Kilian Mbappe, Qonsalo Qarsiya, Brahim Dias, Franko Mastantuono.

“Real” – “Bayern” qarşılaşması Madriddəki “Santyaqo Bernabeu”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button