ÇL: “Real” Leyptsiqə avtobusla getməli oldu

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə səfər matçına birbaşa təyyarə ilə gedə bilməyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, buna Almaniya şəhərində hava limanı işçilərinin tətili səbəb olub.

Madrid təmsilçisi əvvəlcə təyyarə ilə uçmağı planlaşdırııb, lakin Leyptsiqə eniş etmək mümkün olmadığı üçün futbolçuların olduğu təyyarə Erfurtda eniş edib, oradan isə “Real” avtobusla 160 km yol qət edib.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində “Napoli”, “Braqa” və “Union”la bir qrupda yer alan “Real” bütün görüşlərdə qalib gələrək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. “Mançester Siti”, “Yanq Boyz” və “Srvena Zvezda” ilə eyni qrupda yer alan “Leyptsiq” isə öz qrupunda 2-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button