Oblak “Barselona” ilə matçda iştirak edə bilər

“Atletiko”nun qapıçısı Yan Oblak UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona”ya qarşı cavab matçında meydana çıxa bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı qolkiper zədəsini sağaldıb və artıq komandaya kömək etməyə hazırdır.

Bildirilir ki, baş məşqçi Dieqo Simeone 33 yaşlı qapıçını qarşıdakı oyunda start heyətində meydana buraxmağı planlaşdırır. Ancaq son qərar hələ verilməyib. Oblak zədə səbəbindən son altı oyunu, o cümlədən kataloniyalılarla ilk matçı buraxmışdı.

“Atletiko” ilə “Barselona” arasında cavab qarşılaşması aprelin 14-də Madriddə keçiriləcək. İlk oyunda “Atletiko” 2:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button