“Çempionlar Liqasını qazanmaq istəyirəm” – Haland

“Mançester Siti”nin hücumçusu Erlinq Haland 2022/23 mövsümü üçün hədəflərini açıqlayıb. 

Komanda.az BBC-yə istinadən xəbər verir ki, 22 yaşlı norveçli irəliləmək istədiyini bildirib:

“Mançester Siti” Çempionlar Liqasında, kuboklarda daha yaxşı olmalı və daim İngiltərə Premyer Liqasında formada qalmalıdır. Asan deyil, çünki İngiltərədə yaxşı komandalar çoxdur. Kluba özümdən bir şey qatmaq istəyirəm və ümid edirəm daha yaxşı olaram”.

Haland Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu da bildirib:

“Mənim arzum Çempionlar Liqasını qazanmaqdır. Bu mənim sevimli turnirimdir, mən onun himnini sevirəm. Bu, çox yaxşı, lakin çətin yarışdır”.