ÇL: Mahir Emrelinin komandasının rəqibi bilindi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq Zaqreb “Dinamo”sunun rəqibi dəqiqləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya təmsilçisi ÇL-də 2022/2023 mövsümünə “Şkupi” ilə qarşılaşmaqla start verəcək.

Şimali Makedoniya klubu bu hüquqa ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırmaqla yiyələnib. “Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələ adlayıb.

İlk oyun iyulun 19-da Zaqrebdə, cavab matçı bir həftə sonra Skopyedə olacaq.

Bizi Telegramda izləyin