ÇL: Həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qoluna namizədlər açıqlanıb.

Komanda.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, turnirin yarımfinal mərhələsində baş tutan oyunlardan sonra UEFA ən yaxşı qolun müəllifi olmağa namizədlərin adlarını müəyyənləşdirib.

Siyahıda üç futbolçu – Niklas Fullkruq (“Borussiya”, Dormund), Leroy Sane (“Bayern”) və Vinisius Junior (“Real”) yer alıb.

Fullkruq PSJ (1:0) ilə oyunun 36-cı, Sane “Real”la (2:2) matçın 53-cü dəqiqəsində fərqlənib. Vinisiusun isə “Bayern” (2:2) ilə görüşün 24-cü dəqiqəsində vurduğu qol siyahıya salınıb.

Həftənin ən yaxşı qolu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button