ÇL: Həftənin rəmzi komandası – FOTO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə “Mançester Siti” 2 futbolçu ilə təmsil olunub. Digər 9 komandanın isə hərəyə 1 oyunçusu rəmzi heyətdə yer alıb:

Qapıçı: Dominik Livakoviç (“Dinamo”, Zaqreb, Xorvatiya)

Müdafiəçilər: Joau Kanselo, Ruben Diaş (hər ikisi “Mançester Siti”, İngiltərə), Alexandro Qrimaldo (“Benfika”), Lubade Abakar Silla (“Brügge”, Belçika)

Yarımmüdafiəçilər: Markus Edvards (“Sportinq”, Portuqaliya), Pyotr Zelinski (“Napoli”, İtaliya), Məhəmməd Kudus (“Ayaks”, Niderland)

Hücumçular: Robert Levandovski (“Barselona”, İspaniya), Leroy Sane (“Bayern”, Almaniya), Maryan Şved (“Şaxtyor”, Donetsk, Ukrayna)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button