
ÇL: “Bu, tamamilə ədalətsiz nəticədir”
“Real” dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bayern”i qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Komanda.az xəbər verir ki, Madrid klubunun rəsmi televiziya kanalı olan “Real Madrid TV” (RMTV) matçın nəticəsinin ədalətsiz olduğunu bildirib:
“Bu, tamamilə ədalətsiz nəticədir. “Real” daha çox qol vəziyyəti yaratdı və qalib gəlməli idi. Təkcə Kilian Mbappe və Vinisius Junior ikinci hissədə qapıya səkkiz zərbə endirdi”.
Cavab oyunu aprelin 15-də Münhendə keçiriləcək və saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



