ÇL: Bu gün qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək püşkatma mərasimi saat 20:00-da başlayacaq.

Püşkatmadan əvvəl  32 komanda UEFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətə bölünüb.

Qrup mərhələsinin oyunları sentyabrın 6-da start götürəcək.

1-ci səbət: “Real Madrid” (İspaniya), “Ayntraxt” (Frankurt, Almaniya), “Mançester Siti” (İngiltərə),  “Milan” (İtaliya), “Bayern” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland)

2-ci səbət: “Liverpul”, “Çelsi”, “Tottenhem” (hamısı İngiltərə), “Barselona”, “Atletiko”, “Sevilya” (hamısı İspaniya), “Yuventus” (İtaliya), “Leyptsiq” (Almaniya)

3-cü səbət: “Borussiya” (Dortmund) “Bayer” (hər ikisi Almaniya), “Zalsburq” (Avstriya), “Şaxtyor” (Donetsk, Ukrayna), “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Benfika”, “Sportinq” (hər ikisi Portuqaliya)

4-cü səbət: “Reyncers” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Marsel” (Fransa), “Kopenhagen” (Danimarka), “Brügge” (Belçika), “Seltik” (Şotlandiya), “Viktoriya” (Plzen, Çexiya), “Makkabi” (Hayfa, İsrail)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button