
ÇL: Bu gün 1/8 finalın cavab oyunlarına start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
“Mançester Siti” İngiltərədə “Real”la qarşılaşacaq. Madriddəki ilk görüşdə meydan sahibləri üç cavabsız qolla qalib gəlib.
“Çelsi” isə turnirin son çempionu PSJ-nin qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
21:45. “Sportinq” (Portuqaliya) – “Budo Qlimt” (Norveç)
İlk oyun – 0:3
00:00. “Arsenal” (İngiltərə) – “Bayer” (Almaniya)
İlk oyun – 1:1
00:00. “Çelsi” (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 2:5
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
İlk oyun – 0:3
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



