
ÇL: Bu gün 1/4 finalın ilk oyunlarına start veriləcək
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
“Real” səfərdə “Arsenal”ın qonağı olacaq. “Bayern” isə doğma meydanda “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, 1/4 final, ilk oyunlar
8 aprel
23:00. Arsenal (İngiltərə) – Real (İspaniya)
23:00. Bayern (Almaniya) – İnter (İtaliya)
1/4 final mərhələsində daha iki oyun sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



