ÇL: Azərbaycan çempionunun rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, bu turnirdəki təmsilçimiz “Araz” (Naxçıvan) 6-cı qrupunda yer alıb.

Ölkə çempionu elit-raunda yüksəlmək üçün “Uraqan İvano–Frankivsk” (Ukrayna), “Liqeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button