Çempionlar Turu: 4-cü mərhələnin qalibi bəlli oldu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 4-cü mərhələsinin qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Magnus Carlsen Invitational” adlanan yarışın həlledici görüşündə rusiyalı Yan Nepomnyaşi niderlandlı Aniş Giri ilə qarşılaşıb.

Həm ilk, həm də ikinci gündə 4 partiya heç-heçə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün oynanılan tay-brekdə daha inamlı təsir bağışlayan Giri yekunda 4:2 hesablı qələbə qazanaraq, 60 min ABŞ dolları məbləğində mükafata sahib çıxıb. Nepomnyaşinin qazancı isə 40 min dollar olub.

3-cü yer uğrunda qarşılaşmada ABŞ təmsilçisi Uesli Soya qalib gələn Maqnus Karlsen isə 25 min dollarla kifayətlənib.

3-cü yer uğrunda görüş
Maqnus Karlsen (Norveç) – Uesli So (ABŞ) – 2:1
İlk görüş – 3:1

Final
Yan Nepomnyaşi (Rusiya) – Aniş Giri (Niderland) – 2:2 (TAY-BREKDƏ – 0:2)
İlk görüş – 2:2

Xatırladaq ki, bu mərhələdə Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala vəsiqə qazana bilmədiyi üçün mübarizəni erkən dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button