Çempionlar Liqasının qalibi bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda Portuqaliyanın “Sportinq” və İspaniyanın “Barselona” komandaları üz-üzə gəlib.

Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada 7 qol qeydə alınıb. “Sportinq” “Barselona”nı 4:3 hesabıyla məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, “Sportinq” tarixində 2-ci dəfə ÇL-in qalibi olur. Bu komanda 2019-cu ildə də bütün rəqiblərindən güclü olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button