Simeone: “Möhtəşəm oyunçuları olan güclü komandaya qarşı oynayacağıq”

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Çelsi” ilə qarşılaşacaq “Atletiko”nun baş məşqçisi Dieqo Simeone açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan argentinalı mütəxəssis, London klubuna qarşı keçirəcəkləri oyunla bağlı bunları deyib:

“Çelsi”də Tomas Tuxelin rəhbərliyindən sonra çox şey dəyişdi. Möhtəşəm oyunçuları olan güclü komandaya qarşı oynayacağıq. Kluba son zamanlar çox sərmayə qoyulub. Üç qapıçıları var və hər birinin səviyyəsinə baxın. Bu, onların potensiallarını göstərir. Hücumçuları isə Avropanın istənilən komandasında oynamaq gücünə sahibdir.

Luis Suaresin varlığı komandamıza inam gətirir. O, bombardir olaraq anadan olub. Məqsədimiz böyük futbolçuları olan güclü rəqibi məğlub etməkdir. Onlar bizim oyun planımızı bilirlər və biz bunu dəyişməyəcəyik”.

“Atletiko” – “Çelsi” matçı bu gün saat 00:00-da start götürəcək.