“Çempionlar Liqasında oynamağı sevirik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun Avropa Super Liqasına qatılmaq fikrində olmadığını bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispan mütəxəssis planlarının dəyişmədiyini deyib:

“Biz bu fikirlərlə razılaşmırıq. Çempionlar Liqasında oynamağı sevirik və bunu davam etdirəcəyik, planlarımız dəyişmir”.

Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Daha sonra Avropa turnirinin formatı məlum olub. Bildirilir ki, İngiltərə klubları Super Liqaya qatılacaqları təqdirdə ölkə çempionatından kənarlaşdırıla bilərlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button