Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliyanın “Milan” komandasının hücumçusu Olivye Jiru layiq görülüb.

Fransadan olan 36 yaşlı forvard səsvermədə İspaniyanın “Real” klubundan Federiko Valverde, Almaniyanın “Leypsiq” komandasından Kristofer Nkunku və İspaniya “Barselona”sından Ferran Torresi qabaqlayıb.

Xatırladaq ki, Jiru evdə Avstriya “Zalsburq”una 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button