Çempionlar Liqası: “Qarabağ”ın 2-ci mərhələdəki oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci mərhələsində İrlandiyanın “Dandalk” klubu ilə qarşılaşacağı oyunların vaxtı məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyununu səfərdə keçirəcək. “Qarabağ”ın İrlandiyada “Dandalk”la qarşılaşması iyulun 24-ü, saat 22:45-də olacaq.

“Qarabağ” cavab oyununa isə iyulun 31-də çıxacaq. Qarşılaşma “Dalğa Arena”da, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button