Çempionlar Liqası: “Fənərbaxça”ya bir qol bəs etdi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, bu gün 11 oyun baş tutub.

“Sabah” evdə KuPS komandasına minimal hesabla qalib gəldiyi gündə “Fənərbaxça” “Qurnik”i tək qolla yenib.

“Sabah”ın potensial rəqibləri də bu gün ilk oyunlarına çıxıblar. “Orhus” Danimarkada Polşa təmsilçisi “Lex”lə qarşılaşıb. Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.

Digər cütlərdə isə aşağıdakı nəticələr qeydə alınıb:

Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları

21 iyul

Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya) 0:4
Vikinqur (İslandiya) – Hapoel (Beer Şeva, İsrail) 2:1
Klaksvik (Farer adaları) Kauno Jalgiris (Litva) 0:0
Şturm Qras (Avstriya) – Harts (Şotlandiya) 4:0
Fənərbaxça (Türkiyə) – Qurnik (Polşa) 1:0
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Orhus (Danimarka) – Lex (Poznan, Polşa) 1:4
Ararat (Ermənistan) – Şemrok Rovers (İrlandiya) 2:0
İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 0:2
Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq) 3:0
Sabah (Azərbaycan) – KuPS (Finlandiya) 1:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button