Çempionlar Liqası: Azərbaycan çempionu 2-ci səbətdə

Avqustun 30-da, saat 16:00-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, mübarizəyə ilkin mərhələdən start verən və əsas mərhələyə vəsiqə qazanan “Araz” B yolunda yer alacaq.

B yolunda reytinq cədvəlinin 12-15 və 20-22-ci pillələrində qərarlaşmış 7 klub, onlara ilkin mərhələdə iştirak etmiş və qrup qalibi, eləcə də ən yaxşı ikinci yerin sahibi kimi qoşulacaq 9 komanda mübarizə aparacaq. Burda 16 komanda 4 qrupda yarışacaq. Əvvəlcədən ev sahibliyi təsdiqlənmiş klublar fərqli qruplarda yer alacaqlar. Elit-raunda ancaq qrup qalibləri vəsiqə qazanacaqlar. Oyunlar oktyabrın 26-dan 31-dək keçiriləcək.

“Araz” və “Kampuksen Dinamo” ilkin mərhələdə eyni qrupda yer aldığına görə, əsas mərhələdə rəqib ola bilməyəcəklər. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Kosovo Serbiya və Bosniya və Herseqovina, eləcə də Azərbaycan və Ermənistan təmsilçiləri bir-biri ilə eyni qrupda yer almayacaqlar.

Səbət 1 – ev sahibləri
Olmissum (Xorvatiya) – qrupda 1-ci sıra
Mostar SG (Bosniya və Herseqovina) – qrupda 1-ci sıra
Uraqan İvano – Frankivsk (Ukrayna) – qrupda 2-ci sıra
Luxol St. Andreus (Malta) – qrupda 2-ci sıra

Səbət 2 – qrupda 3-cü və 4-cü sıra
Araz (Naxçıvan, Azərbaycan)
Haladaş (Macarıstan)
KMF FON (Serbiya)
Kampuksen Dinamo (Finlandiya)
Liqeni (Kosovo)
Dinamo Plyus (Moldova)
Hammarbü (İsveç)
Diamant Linz (Avstriya)

Səbət 3 – qrupda 2-ci sıra
Hovocubo (Niderland)
Leo (Ermənistan)

Səbət 4 – qrupda 1-ci sıra
Rekord Bielsko-Biala (Polşa)
United Qalati (Rumıniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button