Çempion oldu, ən yaxşı seçildi

“Milan”ın çalışdırıcısı Stefano Piolo A Seriyasında 2021/22 mövsümünün ən yaxşı baş məşqçisi seçilib.

Komanda.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

“Milan” 11 ildən sonra A Seriyasının çempionu olub. Komanda sonuncu dəfə 2010/11 mövsümündə A Seriyasının qalibi olmuşdu.

Stefano Pioli üçün bu, məşqçilik karyerasında ilk kubokdur.

56 yaşlı mütəxəssis 2019-cu ildən “Milan”ı çalışdırır.

Mövsümün sonunda “İnter”i 2 xal qabaqlayan Milan klubu İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button