Çempion 3 xalı 7 cavabsız qolla qazandı

Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Ayntraxt” – “Köln” matçında qalib müəyyənləşməyib. Son çempion “Bayern” isə səfərdə “Bohum”u 7 cavabsız qola yenib.

3 turdan sonra “Bayern” 9 xalla liderdir. Bu komandanın əsas izləyiciləri 7 xala malik “Borussiya” (Mönhenqladbax), “Union Berlin” və “Maynts”dır. Dortmund “Borussiya”sı 6 xalla 7-ci sırada qərarlaşıb.

Almaniya Bundesliqası
3-cü tur

19 avqust

Borussiya (Mönhenqladbax) – Herta 1:0
Qol: Plea, 34-pen.

20 avqust

Borussiya (Dortmund) – Verder 2:3
Qol: Brandt, 45+2. Gerreyro, 77 – Buxanan, 89. Şmidt, 90+3. Burke, 90+5.

Bayer – Hoffenhaym 0:3
Qol: Baumqartner, 9. Kramariç, 35. Rutter, 78.

Volfsburq – Şalke 0:0

Ştutqart – Frayburq 0:1
Qol: Qrifo, 11.

Auqsburq – Maynts 1:2
Qol: Dəmiroviç, 35 – Onisivo, 31. Li, 90+3.

Union Berlin – Leypsiq 2:1
Qol: Sibaço, 32. Bekker, 38 – Orban, 83.

21 avqust

Ayntraxt – Köln 1:1
Qol: Kamada, 71 – Tilman, 82.

Bohum – Bayern 0:7
Qol: Sanne, 4. De Liqt, 25. Koman, 33. Mane, 42; 60-pen. Qamboa, 69-öz qapısına. Qnabri, 76.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button