“İspaniyaya qayıtmaq istəyirəm” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin futbolçusu Villi Kabalyero karyerasını İspaniyada davam etdirmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı, AS nəşrinə açıqlamasında deyib:

“Planlarım arasında Argentinaya qayıtmaq yoxdur. Çünki uzun müddətdir Avropadayam və özümü bura aid hiss edirəm. İspaniyaya qayıtmaq istəyirəm. “Elçe” və “Malaqa” variantları var idi, ancaq istədiklərim bunlar deyil. 38 yaşım olsa da, karyeramı hələ yüksək səviyyədə davam etdirə biləcək gücüm var”.

“Boka Xuniors”un yetirməsi olan Kabalyero daha əvvəl İspaniyada “Elçe” və “Malaqa”da forma geyinib. 2014-2017-ci illər aralığında “Mançester Siti”də çıxış edən qolkiper 2017-ci ildən “Çelsi”dədir.