“Çelsi” “İnter”lə razılığa gəldi

“Çelsi”nin futbolçusu Olivye Jiru qış fasiləsində “zadəganlar”dan ayrılacaq.

Komanda.az xəbər verir ki, fransız hücumçu karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Jirunun “İnter”ə keçəcəyi bildirilib.

“İnter”in idman direktoru Pyero Auisilo Londonda “Çelsi” klubunun direktoru Marina Qranovski ilə görüşüb və Jirunun keçidində razılığa gəlib. “İnter”in yanvarda 5-7 milyon avro qarşılığında 33 yaşlı hücumçunu transfer edəcəyi gözlənilir.

Jirunun “Çelsi” ilə müqaviləsi mövsümün sonuna qədərdir.