Maldini “Milan”ın yeni transferini açıqladı

“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Milan”la razılaşıb. Bu barədə “qırmızı-qaralar”ın idman direktoru Paolo Maldini yerli mətbuata açıqlamasında deyib. O, Jirunun Milana gələcəyini və klubla rəsmi müqavilə imzalayacağını bildirib.

Jirunun “Milan”la iki illik sözləşmə imzalayacağı gözlənilir.

Fransalı futbolçu bir müddət əvvəl “Çelsi”ylə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button